REGİONLAR


Qazaxda yeni avtovağzal istifadəyə verilib

A+ A

Qazax, 1 noyabr, AZƏRTAC

Qazax rayonunda yeni avtovağzal istifadəyə verilib. Gürcüstanla sərhəddə yerləşən İkinci Şıxlı kəndində tikilmiş, beynəlxalq və şəhərlərarası daşımaları həyata keçirəcək avtovağzal kompleksində 120-dən çox insanın işlə təmin olunmasına şərait yaradılıb.

Avtovağzalın tikilməsinin əsas məqsədi əhaliyə müasir standartlara cavab verən xidmətin göstərilməsi, nəqliyyat vasitələrinin qeyri-qanuni daşımaları həyata keçirməsinin qarşısının alınmasıdır.

Ölkə ərazisində hazırda 58 avtovağzal və avtostansiyanın fəaliyyət göstərdiyini deyən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev son dövrlər 20-yə yaxın avtovağzalın fəaliyyətinin yenidən təşkil olunduğunu, 11-də isə yenidənqurma işlərinin həyata keçirildiyini bildirib. O, yaxın vaxtlarda tikintisi yekunlaşmaq üzrə olan 3 böyük avtovağzalın da açılışının nəzərdə tutulduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.