REGİONLAR
Qazaxda yeni uşaq bağçası tikilir
Qazax, 10 dekabr, AZƏRTAC
Qazax şəhərində 100 yerlik uşaq bağçasının tikintisinə başlanıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yeni inşa olunan 1 saylı körpələr evi-uşaq bağçası 2 korpusdan ibarət olacaq. Əsas binadan əlavə nasosxana və qazanxananın inşası da nəzərdə tutulub. Yeni bağçada hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı tikiləcək. İçməli suya olan tələbatı ödəmək və yanğından mühafizə məqsədilə tikilən bu anbarlar müasir standartlara cavab verən səviyyədə inşa olunacaq.
Bundan başqa, yeni bağçada oyun meydançası da olacaq ki, bu da uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün vacibdir. Əsas korpus 3 mərtəbədən və zirzəmidən ibarət olacaq.
Yaxın aylarda müasir standartlara cavab verən yeni bağça körpələrin istifadəsinə veriləcək.