DÜNYA


Qazaxıstan 2017-ci ildə neft hasilatını 79,5 milyon tona çatdıracaq

A+ A

Bakı, 21 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Qazaxıstan bu il 74 milyon ton olması gözlənilən neft hasilatını gələn il 79,5 milyon tona çatdırmağı hədəfləyir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər ki, bu barədə Qazaxıstanın iqtisadiyyat naziri Kuandık Bişimbayev deyib. O, 2017-2019-ci illəri əhatə edən iqtisadi inkişaf proqnozları hesabatını açıqlayarkən həmin dövrdə neftin qiymətinin 35 dollar/barrelə düşəcəyini, 2021-ci ildə isə 45 dollar/barrelədək artacağını bildirib.

K.Bişimbayev 2017-ci ildə ölkəsinin neft hasilatının ildə 79,5 milyon ton planlaşdırıldığını deyib: “Bu həcmin 2021-ci ildə 86,5 milyon tonadək artırılması gözlənilir”.

Qazaxıstanın energetika naziri Kanat Bozumbayev isə mövcud neft qiymətlərinə baxmayaraq ölkəsinin investisiya baxımından cazibədar olduğunu, “Shell”, “Chevron”, “Exxon Mobil”, “Lukoil” və “Kazmunaygaz” şirkətlərinin Tengiz yatağındakı sərmayələrini artırmağa qərar verdiklərini qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.