İQTİSADİYYAT
Qazaxıstan Azərbaycan vasitəsilə yükdaşımaları artırmaq niyyətindədir
Bakı, 10 mart, AZƏRTAC
Qazaxıstan 2020-ci ilədək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları 300 min konteynerə çatdırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu fikir Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyinin “Yeni Avrasiya Logistika İnfrastrukturunun İnkişafı” mövzusuna, habelə Kurık limanı avtomobil keçidinin ikinci mərhələsinin tikintisinin reallaşdırılmasına həsr olunan brifinqində səsləndirilib.
Bildirilib ki, bu istiqamətdə yükdaşımaların artırılması Bakı-Tbilisi-Qars dəmir yolu və Kurık limanın istifadəyə verilməsi hesabına həyata keçiriləcək.
Nazirliyin xəbərində deyilir: “Xəzər regionu Qazaxıstan üçün vacib nəqliyyat qovşağıdır. Hazırda Aktau limanı modernləşdirilib və gücü 19,5 milyon tonadək artırılıb. Belə ki, 2016-cı ildə Aktau limanı vasitəsilə 13 min avtomobil nəqliyyatı keçib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]