SİYASƏT


Qazaxıstan KİV-ləri V Bakı Beynəlxalq Humanitar Forumunu geniş işıqlandırıb

A+ A

Astana, 30 sentyabr, AZƏRTAC 

Bakıda keçirilən beşinci Beynəlxalq Humanitar Forum Qazaxıstan kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Yayılan məlumatlarda Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikovanın rəhbərlik etdiyi nümayəndə heyətinin qatıldığı Forumun beynəlxalq miqyasda ən çox maraq doğuran qlobal xarakterli tədbirlərdən biri olduğu bildirilir.

Bu mötəbər tədbirin geniş spektrli dialoqlar, fikir mübadilələri aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya topladığı diqqətə çatdırılır. Forumda çıxış edən dövlət katibi Gülşara Abdıkalikova qeyd edib ki, Qazaxıstanda yüzdən çox etnik qrup var. Dövlət katibi ölkədə millətlərarası bərabərliyin təmin olunmasında Prezident Nursultan Nazarbayevin xidmətlərini qeyd edib.

Materiallarda, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, eləcə də Milli Məclisin sədri Oqtay Əsədovun və digər rəsmilərin dövlət katibi Gülşara Abdıkalikova ilə görüşləri barədə məlumat verilir.

Ənənəvi olaraq keçirilən Humanitar Forumun böyük nüfuz qazandığını qeyd edən Qazaxıstan KİV-ləri mövzuların rəngarəngliyi ilə seçildiyi barədə məlumat veriblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.