DÜNYA


Qazaxıstan Mərkəzi Bankı blokçeyn vasitəsilə qiymətli kağızların satışına başlayacaq

Bakı, 13 iyun, AZƏRTAC

Qazaxıstan Mərkəzi Bankı bu ilin ikinci yarısında blokçeyn texnologiyası əsasında öz qiymətli kağızlarını satışa çıxaracaq.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, bu, investorlara onlayn rejimində qısamüddətli notları almaq və satmaq imkanı verəcək. Aparılmış əməliyyatlar üzrə hesablaşmalar elektron pullardan istifadə etməklə həyata keçiriləcək. Bankdan bildirirlər ki, gələcəkdə blokçeyn texnologiyası IPO çərçivəsində qiymətli kağızların yerləşdirilməsi üçün istifadə edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.