DÜNYA


Qazaxıstan Prezidenti Almatıda baş verənləri terror aktı adlandırıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Almatı şəhərində baş verən hadisələri terror aktı adlandırıb.

AZƏRTAC Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı bu barədə Təhlükəsizlik Şurasının təcili iclasında bildirib.

“Bu gün Almatıda yenidən insan tələfatı ilə nəticələnən terror aktı baş verib. Həyatını itirənlərin ailələrinə və yaralanan insanlara başsağlığı verirəm, onlara psixoloji və maddi yardım göstərmək lazımdır. Həmçinin hüquq mühafizə orqanlarının xətti ilə şəhərdə asayişin bərpa olunması üçün vacib tədbirlərin görülməsini tapşırıram”, - deyə prezident qeyd edib.

Xatırladaq ki, Almatı şəhərində naməlum şəxslər şəhərin bir neçə rayonunda polislərə atəş açıb – Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin binasını, Abılayxan küçəsini və həmçinin Abay prospektini mühasirəyə alıb. Şəhərdə ən yüksək - qırmızı terror təhlükəsi səviyyəsi elan edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.