Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Qazaxıstan qardaş Azərbaycan xalqı ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Ölkələrimiz arasında siyasi, ticari, iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsi buna sübutdur.

Əminəm ki, ölkələrimiz arasında dostluğa və qarşılıqlı hörmətə əsaslanan konstruktiv və çoxşaxəli əməkdaşlıq əlaqələri qardaş xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

Ən xoş arzularla,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin