İQTİSADİYYAT


Qazaxıstan bu il 44,3 milyon ton neft hasil edəcək

Bakı, 18 may, Nihad Budaqov, AZƏRTAC 

Qazaxıstan “Kaşaqan”, “Karaçağanak” və “Tengiz” yataqlarındakı quyularından bu il ümumilikdə 44,3 milyon ton neft hasil etməyi planlaşdırır.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. Nazir bildirib ki, bu il “Kaşaqan”da 5 milyon ton neft və 3,1 milyard kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Cari ilin ilk 4 ayında buradan 2,2 milyon ton neft hasil edilib.

İl ərzində “Karaçağanak” quyusundan 11,8 milyon ton neft və 18 milyard kubmetr qaz, “Tengiz”dən isə 27,5 milyon ton neft və 4,5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.