DÜNYA


Qazaxıstan bu il 81 milyon ton neft və qaz kondensatı hasil etməyi planlaşdırır

Bakı, 13 yanvar, Nihad Budaqov, AZƏRTAC

Qazaxıstan bu il 81 milyon ton neft və qaz kondensatı hasil etməyi nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan buna ölkədəki “Kaşaqan” və “Tengiz” neft və qaz yataqları ilə nail olmağı hədəfləyir.

“Kaşaqan” yatağından neft hasilatına 2016-cı ilin payızında başlanılıb. Yataqdan hasilat və ixrac həcmi artıq 1 milyon xam neft və kondensatı ötüb.

Qazaxıstanın Energetika Nazirliyi yanvarın 1-dən etibarən ölkədə neft hasilatının sutkada 20,000 min barrel azaldıldığını açıqlayıb. Nazirlik 2017-ci ilin ikinci yarısında da neft hasilatını azaltmaq barədə danışmağın hələ ki, tez olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.