İQTİSADİYYAT


Qazaxıstan ilə Azərbaycan arasında turizm mübadıləsi artacaq

Astana, 8 may, АZƏRTAC

Azərbaycanın turizm imkanları böyükdür. Bu imkanlardan istifadə etməklə turizmin milli iqtisadiyyatın aparıcı istiqamətinə çevrilməsi sahəsində geniş işlər görülür. Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına töhfəsini verib.

Azərbaycanla Qazaxıstan arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də sıx əməkdaşlıq mövcuddur. Azərbaycan turizm vasitəsilə öz mədəni irsini tanıtmaq və təbliğ etməyə çalışır, eyni zamanda, mədəni irs turizmin inkişafına təkan verir.

Qazaxıstanın turizm şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakı müştərək əlaqələrə zəmin yarada bilər.

Qazaxıstan Astana şəhərində keçiriləcək beynəlxalq EXPO sərgisinə ciddi hazırlaşır.

Sərgidə Azərbaycanın həm mədəniyyəti, həm də turizm imkanlarının geniş sərgilənəcəyi gözlənilir.

Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin verdiyi məlumata görə son zamanlar bu ölkədən Azərbaycana 23066, Azərbaycandan Qazaxıstana isə 94846 turist gəlib.

Departamentdən onu da bildiriblər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan keçən “Müasir İpək Yolu” pilot turizm layihəsinə start verib. Artıq layihənin birinci hissəsi başa çatıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.