SİYASƏT


Qazaxıstan parlamentinin deputatı: “İslam Həmrəyliyi İli” dünyada sülhün möhkəmlənməsinə xidmət edəcək

Bakı, 22 yanvar AZƏRTAC

Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması dünyada sülhün möhkəmlənməsinə xidmət edəcək.

Bu fikri AZƏRTAC-a Qazaxıstan Parlament Məclisinin deputatı Məhərrəm Məhərrəmov səsləndirib.

Deputat bildirib ki, Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsi, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan dövlətinin sülhpərvər siyasət yeritməsinin göstəricisidir.

Qazaxıstan Parlament Məclisinin deputatı deyib ki, dünyada baş verən qlobal proseslər fonunda, xüsusilə bəzi İslam ölkələrinə qarşı ciddi təhdidlərin olduğu bir dövrdə İslam həmrəyliyinin önəmi olduqca artır. Azərbaycan dövləti üzərinə çox məsuliyyətli, şərəfli vəzifə götürüb və onun öhdəsindən layiqincə gəlməyə qadirdir.

Məhərrəm Məhərrəmov bildirib ki, dünyada sülhün yaranmasına töhfə verən Qazaxıstan İslam həmrəyliyi məsələsində Azərbaycanın irəli sürdüyü ideyaya hər cür dəstək verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.