DÜNYA


Qazaxıstan prezidenti İslam Kərimovun məzarını ziyarət edib

A+ A

Daşkənd, 12 sentyabr, AZƏRTAC

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Səmərqəndə Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstəsi qoyub.

N.Nazarbayev bildirib ki, İslam Kərimovla uzun illər səmimi dostluq münasibətləri olub. İ.Kərimov Özbəkistanın çiçəklənməsi, iqtisadi gücünün artırılması istiqamətində çox iş görüb. Ölkələrimiz arasında dostluq münasibətlərinin yaradılması, tarixi və strateji əlaqələrin dirçəldilməsində onun böyük rolu olub və bu danılmazdır.

Sonra Nursultan Nazarbayev Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayev və İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimova ilə görüşüb, onlara başsağlığı verib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.