MƏDƏNİYYƏT
Qazaxıstanda Rauf Hacıyevin “Qafqaz əsiri” operettasının premyerası keçirilib
Astana, 26 iyun, АZƏRTAC
Qazaxıstanın Karaqanda şəhərində Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin anadan olmasının 95 illiyi münasibətilə “Qafqaz əsiri” operettasının premyerası keçirilib.
Operettasının premyerası TÜRKSOY-un təşəbbüsü və Karaqanda Vilayəti Hakimiyyətinin dəstəyi ilə reallaşıb.
1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatlarında səhnələşdirilən bu əsər Karaqanda şəhərində ilk dəfə nümayiş etdirilib.
Karaqanda şəhər Akademik Musiqili Komediya Teatrında təqdim edilən tamaşanın rejissoru Azərbaycanın Əməkdar Artisti Əli Usubovdur. Əli Usubov əsəri ilk dəfə 1969-cu ildə Leninqrad Konservatoriyasından məzun olarkən Moskva Operetta Teatrında səhnələşdirib.
Premyera tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana