CƏMİYYƏT


Qazaxıstanda türkdilli dövlətlərin II Beynəlxalq Nevrologiya Konqresi keçirilib

Bakı, 30 may, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində C. D. Asfendiyarov adına Qazaxıstan Tibb Universitetinin Nevrologiya Assosiasiyası və Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının təşkilatçılığı ilə türkdilli dövlətlərin II Beynəlxalq Nevrologiya Konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, konqresdə Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan və Tatarıstandan olan 300-ə yaxın nümayəndə iştirak edib.

Ölkəmizi konqresdə təmsil edən Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti, professor Rəna Şirəliyeva dağınıq sklerozun diaqnostikası və sinir xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Rahim Əliyev isə onurğa beyninin anomaliyaları mövzusunda məruzə ediblər.

Xatırladırıq ki, Nevroloqların I Beynəlxalq Konqresi 2013 –cü ildə Bakıda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.