Qazaxıstandakı neft quyularına 45 milyard dollar sərmayə yatırılacaq
Bakı, 13 fevral, AZƏRTAC
Qazaxıstandakı neft quyularına 45 milyard dollar sərmayə qoyulacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Neft Paylama Şirkətləri Birliyinin baş direktoru Nurlan Jumagulov deyib.
O bildirib ki, Qazaxıstandakı “Qaraçaqanak”, “Tengiz” və “Kaşaqan” kimi böyük neft quyularının genişləndirilməsi layihələrinə ümumilikdə 45 milyard dollar sərmayə yatırılacaq: “Qazaxıstanın neft paylama bazarında 1000-dən çox şirkət fəaliyyət göstərir. Ölkənin neft yataqlarına xidmət sahəsi üzrə gəliri 7 milyard dollardır”.
“Qazaxıstan bazarında 100-dən çox neft istehsalçısı şirkət fəaliyyət göstərir. Ölkədə neftin 75 faizi “Kaşaqan”, “Qaraçaqanak” və “Tengiz” yataqlarından çıxarılır. Bu layihələrə diqqəti yönəltmək lazımdır. Çünki şirkətlər burada 45 milyard dollarlıq quyuların genişləndirilməsi layihələrini həyata keçirəcək”, - deyə N.Jumagulov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]