SİYASƏT


Qazaxıstandakı seçki məntəqələrində səsvermə yekunlaşıb

A+ A

Astana, 26 sentyabr, AZƏRTAC 

Azərbaycan Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar ölkəmizin Qazaxıstandakı səfirliyində, Almatı və Aktau şəhərlərində yaradılan seçki məntəqələrində səsvermə başa çatıb.

Məntəqədə komissiya üzvləri nəzarətçilərin və müşahidəçilərin iştirakı ilə seçki qutularını açıb bülletenləri hesablayaraq protokollaşdırıblar.

Bülletenlərin sayı və hesablamanın nəticələri haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.