DÜNYA
Qazaxıstanın Aktobe şəhərində atışma olub VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Qazaxıstanın Aktobe şəhərində baş vermiş atışma nəticəsində ölən və yaralananlar var.
AZƏRTAC Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmisi Almas Sadubayev bildirib.
Onun sözlərinə görə, naməlum şəxslər Aktobe şəhərindəki “Pallada” silah mağazasına, saat 15.45 radələrində digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər. Nəticədə “Pallada” mağazasının satıcısı öldürüb, bir nəfər yaralanıb.
Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbçi ölüb, 9 hərbçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı isə mühasirəyə alınıb, bəzi silahlılar isə qaçmağa nail olublar.
Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]