DÜNYA


Qazaxıstanın Baş naziri istefaya göndərilib

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Qazaxıstanın Baş naziri Kərim Məsimov tutduğu vəzifədən azad edilərək Milli Təhlükəsizlik Komitəsinin sədri təyin olunub. Baş nazir vəzifəsini isə müvəqqəti olaraq Bakıdjan Sagintayev icra edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Qazaxıstan prezidentinin rəsmi saytında dərc olunub.

Məlumatda, həmçinin bildirilir ki, Milli Təhlükəsizlik Komitəsinin sabiq başçısı Vladimir Jumakanov Nursultan Nazarbayevin məsləhətçisi vəzifəsinə təyin edilib. Hökumət isə yeni heyət formalaşana qədər səlahiyyətlərini icra edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.