İQTİSADİYYAT


Qazaxıstanın “Kaşaqan” yatağından hasil olunacaq neft Avropaya BTC boru kəməri ilə nəql ediləcək

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC 

Qazaxıstanın “Kaşaqan” yatağından hasil olunacaq nefti Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə nəql etmək üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərindən (BTC) istifadə edilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc edilən məqaləsində deyilir.

Nazir qeyd edir ki, Qazaxıstan son 40 ildə dünyanın kəşf edilmiş ən nəhəng yataqları sırasında dayanan və ehtiyatları təqribən 3 milyard ton həcmində qiymətləndirilən “Kaşaqan” yatağında hasilata hazırlaşır. Qazaxıstan neftinin Avropa bazarlarına nəql edilməsi üçün əsas mənbə Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən məhz bu yataq hesab edilir. “Kaşaqan” yatağının işə salınmasından sonra hasil olunacaq nefti Avropa İttifaqına üzv olan ölkələrə nəql etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərindən istifadə nəzərdə tutulur. BTC layihəsinin səhmdarı kimi bu kəmərdə 15 faizlik iştirak payına malik olan dörd şirkət (“ENI”, “INPEX”, “Conoco Phillips” və “Total”) Qazaxıstanın "Kaşaqan" yatağında da fəaliyyət göstərir. Bu, o deməkdir ki, şirkətlər boru kəməri (boru kəmərinin layihə üzrə nəql gücü sutkada 1 milyon barrel neft təşkil edir) ilə sutkada təqribən 150 min barrel neft nəql edə biləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.