SİYASƏT
Qazaxıstanın MSK sədri: Azərbaycanda prezident seçkiləri əhali arasında böyük maraq doğurmuşdur VİDEO
Bakı, 9 oktyabr (AZƏRTAC). Azərbaycanda prezident seçkiləri əhali arasında böyük maraq doğurmuşdur.
Bunu AZƏRTAC-a müsahibəsində Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov bildirmişdir. O demişdir ki, səsvermənin gedişini müşahidə etdiyi müddətdə heç bir problemlə qarşılaşmamışdır.
“Mən Bakı şəhərində 12-dən artıq seçki məntəqəsində oldum, həm yerli, həm də beynəlxalq müşahidəçilərlə söhbət etdim. Müşahidə apardığımız vaxtda heç bir pozuntu qeyd etmədik. Əlbəttə, səsvermə keçirilən yerin kiçikliyindən, insanların çox olması səbəbindən bəzi xırda texniki çatışmazlıqlar olmuşdur. Lakin bu problemlər vaxtında aradan qaldırılırdı”, - deyə o bildirmişdir.
K.Turqankulov demişdir, bu seçkilərdə Qazaxıstan MDB, ATƏT, TürkPA kimi təşkilatlara aid missiyaların tərkibində 50 müşahidəçi ilə təmsil olunur.