SİYASƏT


Qazaxıstanın azərbaycanlı gəncləri BMT və ATƏT-ə müraciət ediblər

Bakı, 6 iyul, AZƏRTAC

Qazaxıstan Respublikasının Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı BMT və ATƏT-ə yazılı müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı pislənilib.

Eyni zamanda, baş verən hadisənin beynəlxalq birlik və xaricdəki azərbaycanlılar tərəfindən narahatlığa səbəb olduğu vurğulanıb. Bildirilib ki, Qazaxıstandakı Azərbaycan diasporu bu hadisəni insanlıq əleyhinə yönəlmiş dəhşətli cinayət hesab edir.

Müraciətin sonunda Gənclər təşkilatının nümayəndələri BMT və ATƏT rəsmilərini baş verən hadisəyə biganə qalmamağa və Ermənistanın bu əməllərinə sərt reaksiya verməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.