SİYASƏT


Qazaxıstanın dövlət katibi Bakıya səfər edəcək

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Qazaxıstan Respublikasının dövlət katibi Gülşara Abdıkalikova sentyabrın 29-30-da keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıya gələcək. Dövlət katibinin Forumun plenar iclasında çıxışı, eləcə də “dəyirmi masa”larda iştirakı gözlənilir.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 30-da dövlət katibi G.Abdıkalikovanın Heydər Əliyev adına Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və fəalları ilə görüşü keçiriləcək. Tədbir Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunacaq. Bundan əlavə, iki ölkə arasında mədəniyyət, incəsənət, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Görüşdə, həmçinin Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun üzvləri, Azərbaycanın görkəmli ictimai xadimləri, Bakıda akkreditə olunan Qazaxıstan şirkətlərinin nümayəndələri, habelə ölkəmizdə təhsil alan qazaxıstanlı tələbələr iştirak edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.