DÜNYA


Qazaxıstanın paytaxtı Nursultan adlandırıla bilər

A+ A

Astana, 23 noyabr, AZƏRTAC

Qazaxıstan parlamentinin birgə iclasında deputat Kuanış Sultanov Astana şəhərinin adının dəyişdirilərək Nursultan qoyulmasını təklif edib. Deputat bildirib ki, Astana şəhərinin öz banisinin adını daşıması məqsədəuyğundur.

Qazaxıstan Respublikası Məclisinin senatoru Vladimir Redkokoşin ölkə başçısının Konstitusiya və müstəqilliyin möhkəmləndirilməsində böyük xidmətləri olduğunu bildirib. Bu təklif ölkənin müstəqilliyinin 20 illiyi münasibətilə də verilmişdi və deputatlar tərəfindən də dəstəklənmişdi. Təkliflərlə bağlı son qərarı ölkə başçısı Nursultan Nazarbayevin verəcəyi bildirilib.

Deputatlar Astana şəhərinin adının dəyişdirilməsinin Qazaxıstan xalqı tərəfindən dəstəkləndiyini qeyd ediblər.

Qeyd edək ki, Qazaxıstan parlamentinin birgə iclasında ölkənin 25 illik müstəqillik dövründə qazandığı nailiyyətlər haqqında bəyannamə qəbul edilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.