CƏMİYYƏT


Qazaxıstanlı məktəblilərin Azərbaycana turları təşkil olunub

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun dəstəyi ilə Qazaxıstanın Manqistau vilayətindən məktəblilərin yay istirahətinin səmərəli keçirilməsi üçün Azərbaycana 10 günlük turlarının təşkilinə başlanılıb.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Aktau şəhərində fəaliyyət göstərən “Turist” şirkəti ilə Nabranda yerləşən “Atlant Holiday Village” istirahət mərkəzi arasında əldə olunmuş razılaşmaya əsasən, iyulun 20-30-da 70 nəfərlik iki qrup (8-14 yaşında uşaq) “Atlant” istirahət mərkəzində dincələcək. Bundan əlavə, qazaxıstanlı məktəblilərin Bakı şəhərinin, Xaçmaz və Quba rayonlarının tarixi yerlərinə gəzintiləri təşkil olunacaq, onlar xalqımızın mədəniyyəti və milli adət-ənənələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Qeyd etmək istərdik ki, ilk dəfə həyata keçirilən bu layihədə qruplar əsasən Aktau Beynəlxalq Dəniz Limanı əməkdaşlarının uşaqlarından təşkil olunub və səfərin maliyyələşməsi liman tərəfindən həyata keçirilib.

Hazırda baş konsulluğun konsul dairəsinə daxil olan Manqistau, Atırau, Qərbi Qazaxıstan və Aktyubinsk vilayətlərində altı turizm şirkəti Azərbaycana turistlərin səfərlərinin təşkili ilə məşğuldur. Son illərdə Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq, Qazaxıstandan Azərbaycana gedən turistlərin sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.