REGİONLAR


Qazaxlı fermer: Gələcəkdə çuğundur əkini sahələrini daha da artıracağam VİDEO

Qazax, 5 iyul, Famil Quliyev, AZƏRTAC

Bu il Qazax rayonunda 520 hektar sahədə ilk dəfə şəkər çuğunduru əkilib. Bunun 70 hektarı Aşağı Salahlı kəndinin payına düşür. Sahibkarlar sahələrdə yaxşı çıxış əldə ediblər ki, bu da yüksək məhsuldan xəbər verir.

Fermer Aqil Sarıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bu il 3 hektarda şəkər çuğunduru əkmişəm. Əkinə mart ayının sonunda başladıq. Yüksək çıxış əldə olunub. Düzdür, ilk dəfə idi çuğundur əkirdik. Ancaq torpağa qulluq edəndə onun bəhrəsini görmək olur. Yüksək məhsuldarlıq gözləyirik. Təxminən hər hektardan 70-75 ton məhsul götürüləcək. Gələcəkdə şəkər çuğunduru sahəsini 10-15 hektara çatdıracağıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.