REGİONLAR


Qazaxlı fermer günəbaxan sahələrinin hər hektarından 3-3,5 ton məhsul götürəcək

Qazax, 22 iyul, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunun aran kəndlərinin əksəriyyətində günəbaxan təsərrüfatına maraq böyükdür. Məhsuldarlığı ilə seçilən günəbaxan həm də gəlirliliyi ilə seçilir. Qazaxlı fermerlər də bu səbəbdən hər il günəbaxan sahələrini bir qədər də genişləndirirlər. Günəbaxan toxumunu aprelin əvvəlindən səpən fermerlər hazırda sahələrdə kultivasiya işləri görürlər.

Fermer Məhərrəm Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Aprel ayında 11 hektar sahədə günəbaxan əkmişik. Bütün aqrotexniki qaydalara riayət olunub. Məhsuldarlıq yaxşıdır. Avqust ayının sonuna bu sahədən 40 ton məhsul götürmək fikrindəyik. Təxminən hektardan 3-3,5 ton nəzərdə tutulub”.

Bu il torpaq mülkiyyətçilərinin suvarma suyuna tələbatı tam ödənildiyindən bol məhsul yetişdirməyə nail olublar. Fermerlər ötən il məhsulun kiloqramını 80 qəpiyə - 1 manata satıblar. Bu mövsüm də qiymətlərin bu civarda olacağı gözlənilir.

Rayonda əsasən yağ istehsalı üçün əlverişli olan günəbaxan yetişdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.