REGİONLAR


Qazaxlı fermer üzüm bağının hər hektarından  10 tondan çox məhsul götürəcəyinə əmindir VİDEO

Qazax, 29 iyun, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunda üzümçülüyə maraq getdikcə artmaqdadır. Bu sahənin gəlirli olduğunu nəzərə alan təsərrüfat sahibləri gələcəkdə bağların ərazisini artırmaq fikrindədirlər.

Rayonun Hüseynbəyli kəndində sahibkar Tapdıq Nəbiyevin 4 hektar üzüm bağı var. Bağda bütün aqrotexniki işlər həyata keçirilib və hazırda yaşıl budama, suvarma və dərmanlama prosesi aparılır. Ötən il hektardan 10 tona qədər məhsul götürdüyünü deyən bağ sahibi bu il də üzüm bağından bol məhsul əldə edəcəyinə inanır.

Tapdıq Nəbiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Gələcəkdə üzüm bağımızı genişləndirərək 10 hektara çatdıracağıq. Ölkədə sahibkarlığın inkişafına yaradılan şərait işimizi asanlaşdırır. Güzəştli şərtlərlə mineral gübrələr və yanacaq verilir.”

Tənəklərdə olan salxımlar bol məhsuldan xəbər verir. Gələcəkdə üzüm bağlarını bir qədər də genişləndirməyi planlaşdıran Tapdıq Nəbiyev təsərrüfatında işçi sayını da artıracağını deyir. Bağ sahibi 1 hektardan bu il 10 tondan çox üzüm götürəcəyinə inanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.