REGİONLAR
Qazaxlı fermerlər tütün sahələrindən 15 ton məhsul toplayıblar
Qazax, 26 iyul, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb, əkin sahələri daha da genişləndirilib. Bunun nəticəsidir ki, bu il bütün əkin sahələri nəzərdə tutulduğundan xeyli çox olub. Əkin sahəsi genişləndirilən məhsullardan biri də tütündür.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 10 hektar sahədə tütün əkilib və nəzərdə tutulduğundan çox məhsul götürülüb. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq, bu il əkin sahələri genişləndirilib. Ötən ildən fərqli olaraq bu il rayon üzrə 50 hektar sahədə tütün əkilib ki, bunun da 30 hektarı Kosalar kəndindədir.
Artıq rayonda tütün yığımına başlanılıb. Bu günədək 15 ton tütün yığılıb.
Rayonda tütün yığımı davam edir.