REGİONLAR
Qazaxlı fermerlər tütün sahələrindən 50 ton məhsul toplayıblar
Qazax, 24 avqust, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və əkin sahələri daha da genişləndirilib. Bunun nəticəsidir ki, bu il bütün əkinlər nəzərdə tutulduğundan xeyli çox sahədə əkilib. Əkin sahəsi genişləndirilən belə məhsullardan biri də tütündür.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 10 hektar sahədə tütün əkilib və nəzərdə tutulduğundan xeyli çox məhsul götürülüb. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq bu il əkin sahələri genişləndirilib. Ötən ildən fərqli olaraq bu il rayon üzrə 50 hektar sahədə tütün əkilib ki, bunun da 30 hektarı Kosalar kəndindədir.
Rayonda tütün yığımı uğurla davam etdirilir. Bu günədək 50 ton tütün yığılıb.