REGİONLAR


Qazaxlı fermerlər zəmilərdən 36 min tondan çox məhsul götürüblər

Qazax, 7 avqust, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunda taxıl biçini kampaniyası uğurla başa çatıb. Rayonun fermerləri 36 min 469 ton taxıl istehsal ediblər. İstehsal edilən məhsulun 29 min 840 tonu buğda, 6 min 629 tonu isə arpadır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar 11 min 28 hektar sahədə biçin aparıblar. Sahələrdən yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min 660 ton, taxıl əkilən sahələr isə 3 min 219 hektar çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.