REGİONLAR


Qazaxlı gənclər ordu sıralarına yola düşüblər

Qazax, 14 iyul, Famil Quliyev, AZƏRTAC

Qazaxda gənclərin ordu sıralarına təntənəli yolasalma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin adını daşıyan parkda təşkil olunan mərasimdə tədbir iştirakçıları əvvəlcə dahi rəhbərin xatirəsini yad edib, abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində gənc çağırışçılara Ümummilli Liderin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Dövlət himni səsləndirildikdən sonra mərasimi rayon icra hakimiyyəti başçısının müavini Gülaya Həsənova açaraq gənc çağırışçıları, onların valideynlərini, yaxınlarını təbrik edib, hərbi xidmətə yola düşən gənclərə doğmalarının yanına qalib əsgər kimi qayıtmağı arzulayıb.

Qeyd edilib ki, bu gün ölkəmizdə ordu quruculuğu prioritet sahələrdən biridir. Müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçib, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilib, döyüş qabiliyyəti artırılıb. Son illərdə Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunub və bu silahlar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev gəncləri həqiqi hərbi xidmətə yola salınmaları münasibətilə təbrik edib, onlara nümunəvi hərbi xidmət göstərmələrini arzulayıb.

Hərbi xidmətə yola düşən gənclər Vətənə ləyaqətlə qulluq edəcəklərini, torpaqlarımızı azad etmək üçün hərbi sirlərə mükəmməl yiyələnəcəklərini bildiriblər.

Sonra gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.