REGİONLAR


Qazaxlı sahibkar gələcəkdə qarğıdalı sahələrini 350 hektara çatdıracaq  VİDEO

Qazax, 19 iyul, Famil Quliyev, AZƏRTAC

Qazaxlı fermerlərin yaz aylarında sahələrə əkdikləri qarğıdalı artıq yetişmək üzrədir. Bitkinin gəlirli olmasını nəzərə alan torpaq sahibləri bu il daha geniş sahədə əkin aparıblar. Fermerlər 1 hektar sahədən 10 tonadək məhsul gözləyirlər.

Fermer Paşa Aşurov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bütün aqrotexniki qulluğa riayət etmişik. Kultivasiya olunub, bitkinin dibi doldurulub. Ziyanvericilərə qarşı mübarizə aparılıb. Hazırda ikinci suvarmanı başa çatdırırıq. Məhsuldarlıq da yaxşıdır. Təsərrüfatda bütün işlər qaydasındadır. Hektardan 8-10 ton məhsul gözləyirik”.

Fermerlər növbəti il qarğıdalı sahələrini genişləndirməyi planlaşdırırlar. Bu, kəndliyə, torpaq mülkiyyətçisinə dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir.

Sahibkar İlham Abdullayev qeyd edib ki, 150 hektar ərazidə qarğıdalı əkib. Məhsulun satışı ilə bağlı heç bir problemi yoxdur. Podratçı təşkilatlarla müqavilə də imzalanıb. Məhsul birbaşa sahədə satılacaq. Gələn il isə əkin sahələrini 300-350 hektara çatdırmaq istəyir.

Qeyd edək ki, qarğıdalı dənindən un və yarma, sənayedə isə nişasta, etil spirti, yağ, “E” vitamini, askorbin və qlutamin turşuları alınır. Qarğıdalı payızın əvvəlində əl əməyi və texnika vasitəsilə yığılır. Onun dəni ilə yanaşı, yaşıl kütlə hissəsindən də heyvandarlıqda qida və yem kimi istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.