REGİONLAR


Qazaxlılar “Bakı-2017”də yüksək nəticə göstərmiş həmyerliləri ilə fəxr edirlər

Qazax, 5 iyun, Famil Quliyev, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan atletlərinin qazandığı parlaq qələbədə qazaxlı idmançıların da payı var.

Bu günlərdə onlarla Qazaxda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qalib idmançılara təbriklərini çatdırıb. Qeyd edib ki, bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir.

Görüşdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qazaxlı idmançıların qazandıqları nailiyyətlərdən söhbət açılıb. Qeyd olunub ki, sərbəst güləşdə Mahir Əmiraslanovun qalib olması, Tural Əliyevin zorxana yarışlarında gümüş medal qazanması, ağır atletikada idmançı Elnarə Abbasovanın üçüncü, Gülçin Əlizadənin isə dördüncü yer tutması onların həmyerlilərini hədsiz dərəcədə sevindirib.

Milli Məclisin deputatı Kamran Nəbizadə çıxış edərək Azərbaycanın həm də bu gün idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu sahədə əməyi olduqca böyükdür.

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov deyib ki, IV İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbə Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman siyasətinin nəticəsidir. “Biz qazanılmış nailiyyətlərlə kifayətlənməməli, dünya arenalarında daha böyük qələbələr əldə etməliyik”, - deyə baş məşqçi vurğulayıb.

Qalib idmançılar adından çıxış edən Tural Əliyev idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün idmansevərlər adından öz dərin minnətdarlığını bildirib.

Respublikanın əməkdar məşqçisi Ramiz Tağıyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamal Əhmədov, məşqçi-müəllim Rayət Abdalov, publisist Səbinə Yusif və başqaları çıxış edərək qalib idmançılarla fəxr etdiklərini söyləyiblər.

Sonda qalib idmançılara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.