CƏMİYYƏT


Qazlı içkilər xərçəng xəstəlikləri riskini artırır

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

Qazlı içkilər xərçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Belə ki, qazlı içkilərin, yaxud şirin şirələrin hər gün iki porsiyası öd kisəsində xərçəng riskini iki dəfə, qaraciyərin öd kanallarında onkoloji xəstəliklərin yaranma ehtimalını isə dərhal 79 faiz artırır.

AZƏRTAC “kievsmi.net” saytına istinadla xəbər verir ki, Karolin İnstitutunun (Stokholm, İsveç) alimləri irimiqyaslı və uzunmüddətli tədqiqatların gedişində bu qənaətə gəliblər.

Respondentlərdən anketləri doldurmaq xahiş edilib. Onlar ötən həftə, bir ay əvvəl və altı ay ərzində nə qədər qazlı içki içmələri barədə sualı cavablandırıblar. 13 il sonra alimlər bu müddətdə neçə adamın xərçəng və digər ağır xəstəliklərə yoluxmasını yoxlayıblar.

Tədqiqatın müəllifi Susanna Larsson deyir: “Daim qazlı içki içmək xərçəng riskini artıran ciddi xəstəliklərin yaranmasına gətirib çıxara bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.