İDMAN


“Qəbələ” Avstriyada ilk yoxlama matçına çıxacaq

Bakı, 12 iyun, AZƏRTAC

Avropa liqasının 2017-2018-ci il mövsümündə ölkəmizi təmsil edəcək “Qəbələ” futbol klubu hazırlığını davam etdirir.

AZƏRTAC xəbər verir ki, iyunun 7-dən Avstriyada olan “qırmızı-qaralar” məşqlərini İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirirlər. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda gündə iki hazırlıq keçir. Günün ilk yarısında fitness-zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur.

İyirmi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının toplanışından dönən Qismət Alıyev və Yusif Nəbiyev də artıq “qırmızı-qaralar”ın məşqlərinə qoşulublar. Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular isə komandanın hazırlığına iyunun 15-də qatılacaqlar.

Xatırladaq ki, “Qəbələ” Avstriyada ilk yoxlama oyununu iyunun 12-də yerli “Fulpmes”ə qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.