İDMAN


“Qəbələ” Avtsriyanın “Fulpmes” klubunu böyük hesabla məğlub edib

Bakı, 13 iyun, 2017

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” mövsümlərarası dövrdə ilk yoxlama oyununu keçirib. İlk rəqib yerli “Fulpmes” klubu olub.

AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” qarşılaşmaya aşağıdakı “11-lik”lə başlayıblar: Dmitri Bezotosnı, İlqar Qurbanov, Tellur Mütəllimov, Vitali Vernidub, Vojislav Stankoviç, Elvin Camalov, Qismət Alıyev, Filip Ozobiç, Roman Hüseynov, Asif Məmmədov, Baqali Dabo.

“Qəbələ”nin aşkar üstünlüyü ilə keçən qarşılaşmanın ilk 45 dəqiqəsində 4 qol vurulub. B.Dabo, T.Mütəllimov, İ.Qurbanov və F.Ozobiç meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur ediblər.

Baş məşqçi Roman Qriqorçuk ikinci hissədə Aqil Məmmədov, Yusif Nəbiyev, Rasim Ramaldanov, Sahil Mirzəyev, Fərid Nəbiyev, Ülvi İbazadə və Hacıağa Hacılıya da şans verib. Matçın ikinci yarısında “qırmızı-qaralar” üstünlüyünü daha da artıraraq daha 4 qol vurub. Öncə E.Camalov fərqlənib, ardınca Q.Alıyev penaltidən dəqiq olublar. Meydana fasilədən sonra daxil olan Ü.İbazadə isə dubla imza atıb.

Ümumilikdə Avstriya toplanışında ilk oyununda “Fulpmes”i sınağa çəkən “Qəbələ” böyük hesablı qələbə qazanıb – 8:0.

Qeyd edək ki, komanda iyunun 15-də Rusiyanın “Axmat” klubu ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.