REGİONLAR


Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki, Qax, Zaqatala və Balakəndə konsertlər olacaq

A+ A

Qəbələ, 3 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 8-dən 11-dək Şəki, Qax, Zaqatala və Balakən rayonlarında konsertlər təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirakı ilə keçirilən konsertlər avqustun 5-dək davam edəcək. Avqustun 3-dən 5-dək Qəbələdə Ukraynanın “Kiyev virtouzları” Kamera Orkestrinin konsertləri olacaq.

Avqustun 8-də saat 19:00-da isə “Kiyev virtouzları” Kamera Orkestrinin iştirakı ilə Balakən şəhərindəki Heydər Əliyev Parkında konsert keçiriləcək. Daha sonra avqustun 9-da saat 19:00-da Zaqatala şəhərindəki Heydər Əliyev Parkında, avqustun 10-da saat 19:30-da Qax şəhərindəki “İçəri Bazar” Turizm Mədəniyyət Mərkəzinin səhnəsində, avqustun 11-də saat 20:00-da Şəki şəhərindəki Yay Teatrında konsertlər təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.