REGİONLAR


Qəbələ: Beynəlxalq Musiqi Festivalında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib VİDEO

Qəbələ, 31 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

İyulun 31-də IX Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə növbəti kamera konserti olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən festivalın üçüncü günü Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəqan Həsənli, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin üzvü, Prezident təqaüdçüsü Məmməd Rəcəbli (klarnet), “Sarı gəlin tələbə mahnı festivalı”nın Qran-Pri mükafatçısı Aydan Quliyeva (soprano), beynəlxalq müsabiqələrin laureatı, Heydər Əliyev Fondunun xüsusi mükafatına layiq görülən Taleh Yəhyayev (bariton) və “D ACCORDO” barokko musiqi ansamblının bədii rəhbəri İlahə Sadıqzadənin (piano) çıxışı alqışlarla qarşılanıb.

Konsertdə M.Ravelin “Gecə kəpənəkləri”, “Qəmgin quşlar”, S.Prokofyevin “Aldanma”, A.Məlikovun “Məhəbbət əfsanəsi”ndən Noktürn, J.Offenbaxın “Qofmanın nağılları” operasından “Gəlincikin ariyası”, S.Raxmaninovun “Yuxu”, F.Əmirovun “Azərbaycan elləri”, Ü.Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, A.Rubinşteynin “Neron” operasından “Epitalama”, E.İbrahimovanın “Ey Vətən”, A.Yusifovanın “İthaf” əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.