İDMAN


“Qəbələ”-“Dinamo-Avto” oyununun vaxtı dəqiqləşib

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC 

Futbol üzrə milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “Qəbələ” hazırlığını davam etdirir.

AZƏRTAC xəbər verir ki, yığmaların düşərgəsində olan futbolçular – Nika Kvekveskiri, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Teo Uiks, Sergey Zenyov, Elvin Camalov və Sadiq Quliyev hazırlıqda iştirak etmirlər.

“Qəbələ”nin yeni transferi xorvatiyalı Petar Franyiç artıq 3 gündür məşqlərə qatılıb. “Qırmızı-qaralar” hazırlıq çərçivəsində baş tutacaq yeganə yoxlama oyununa sentyabrın 4-də çıxacaq. Roman Qriqorçukun yetirmələri Moldovanın “Dinamo-Avto” klubu ilə görüşəcək. 2009-cu ildə yaradılan bu komanda 2015-2016-cı illər mövsümündə Moldova çempionatının 5-cisi olub. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.