Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələ IV Beynəlxalq Mürəbbə Festivalında 10 ölkədən gətirilən mürəbbələr nümayiş olunub [YENİLƏNİB] VİDEO

Qəbələ, 27 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Avqustun 27-də Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib.

Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən festivalın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, üç mindən çox yerli və xarici turist olub.

Festivalın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış ediblər.

Bildirilib ki, artıq 4 ildir Qəbələ möhtəşəm mürəbbə festivalına ev sahibliyi edir. 2013-cü ildə bu festivalda 11, 2014-cü ildə 20, ötən il və bu il isə 30 şəhər və rayondan, eləcə də ötən il 6 və bu il isə 10 xarici ölkədən şirniyyatçıların iştirak etməsi tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. Qeyd edilib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Mürəbbə festivalı Qəbələdə turizmin inkişafına da çox böyük təkan verən amillərdən biridir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl bu rayona səfəri zamanı dediyi kimi, Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Həqiqətən də rayona hər gün yüzlərlə yerli və xarici turist gəlir. Qəbələ artıq festivallar mərkəzinə də çevrilib. Burada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il Beynəlxalq Musiqi Festivalının keçirilməsi Qəbələnin şöhrətini dünyaya yayır.

Vurğulanıb ki, mürəbbə festivalı təkcə Qəbələnin deyil, ölkəmizin bütün bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.

Diqqətə çatdırılıb ki, Azərbaycan dünyanın ənənəvi mürəbbə sənətinin mərkəzləri arasında xüsusi yer tutur. Ölkəmizin şirniyyatçıları tərəfindən hazırlanan mürəbbələr özünün ləziz dadı və geniş çeşidi ilə digərlərindən fərqlənir. Bunu Qəbələ Beynəlxalq Mürəbbə Festivalında da aydın görmək mümkündür.

Respublikamızın mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da yaradılıb. Müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül, gavalı və digər mürəbbələr təqdim edilib. Həmçinin bənövşə, nanə, itburnu, qarğıdalı, cır alça, xiyar, pomidor, yerkökü, sarı moruq, badımcan və yemiş mürəbbələri iştirakçıların marağına səbəb olub. Komissiya tərəfindən 28 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilib.

Mürəbbələrin ən yaxşı təqdimatına görə xarici ölkələr arasında Ukrayna birinci, Şimali Kipr ikinci yeri, ən yaxşı mürəbbə müsabiqəsində İran birinci, Çin ikinci yeri, mürəbbələrin növ müxtəlifliyinə görə isə Özbəkistan birinci, Türkiyə ikinci yeri tutub. Azərbaycanın bölgələri arasında Zərdab (gilas), İsmayıllı (böyürtkən), Gəncə (çiyələk), Şəki (heyva), Qazax (qoz), Zaqatala (ərik), Gədəbəy (gül), Qəbələ (gavalı) birinci yerə layiq görülüb. Ən qeyri-adi mürəbbənin hazırlanmasına görə Balakən rayonu (cökə mürəbbəsi), ən çox mürəbbə təqdimatına görə Bakı komandası, ən yaxşı təqdimata görə Xaçmaz iştirakçıları qalib olub. Mürəbbə hazırlayan müəssisələr arasında isə “Gilan Holdinq” şirkəti birinci yerə çıxıb.

Münsiflər heyətinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayan şəxslər də müəyyənləşdirilib. Qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb, sərgi təşkil olunub. Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr də öz məhsullarını nümayiş etdiriblər. İnsanlar mürəbbələrin dadına həvəslə baxıb, onların hazırlanması üsulu ilə maraqlanıblar.

Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil olunub.

Beynəlxalq tədbir maraqlı konsert proqramı ilə davam etdirilib.

Qəbələ IV Beynəlxalq Mürəbbə Festivalında 10 ölkədən gətirilən mürəbbələr nümayiş olunub [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ATF-nin iki nümayəndəsinə Avropa Taekvondo Birliyində vəzifə verilib

Azərbaycanlı gənc rəssam: Qonaqlar Şahbulaq qalası haqqında soruşurlar

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Kral Şəhərsalma İnstitutunun vitse-prezidenti: Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini fəal şəkildə həyata keçirir

Siyasi şərhçi: WUF13 Azərbaycanın qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində artan rolunu göstərir

Şəhərsalmada inklüzivlik: RICH layihəsi fiziki məhdudiyyətli şəxslərin inteqrasiyası üçün yeni imkanlar açır

Nigeriyalı iştirakçı: WUF13 yerli icmaların problemlərinin geniş auditoriyaya çatdırılması baxımından mühüm platformadır

Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə aparılan sosial islahatlar diqqətə çatdırılıb

Burkina-Faso nümayəndəsi: Hər kəs üçün sağlam mühit təmin edilməlidir

Şəhərsalmada inklüzivlik: RICH layihəsi fiziki məhdudiyyətli şəxslərin inteqrasiyası üçün yeni imkanlar açır

Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru: Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur

Edlam Yemeru: "Bakı Şəhərsalma mükafatı” Dünya Şəhərsalma Forumunun mərkəzində olacaq

İsmət Baxışov: İqlim dəyişikliklərinin monitorinqi dayanıqlı inkişaf üçün vacibdir

Panel müzakirə: “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi”-YENİLƏNİB

Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb

Suriyanın nazir müavini: WUF13 hamı üçün öz şəhərlərini formalaşdırmaq və onların problemlərinə diqqət yetirmək fürsətidir

Rasim Bağırov: Dayanıqlı şəhərsalma siyasətində media strateji platforma rolunu oynayır

Şeron Gil: UNEP şəhərlərin hərəkətə keçməsinə mane olan məlumat boşluğunu aradan qaldırmaq üçün fəal şəkildə çalışır

Rektor: Uğurlu şəhərsalmada insan potensialı və təhsil həlledici komponentlərdəndir

Pakistanlı nazir: İqlim böhranının yaratdığı kütləvi miqrasiya ciddi sosial problemlərə səbəb olur

BMT rəsmisi: Qeyri-formal məskunlaşan insanların 700 milyonu Asiya-Sakit Okean regionunun payına düşür

Çinli mütəxəssis: Azərbaycan Şərqlə-Qərb arasında şəhərsalma körpüsü rolunu oynayır VİDEO

Çinli mütəxəssis: Azərbaycan Şərqlə-Qərb arasında şəhərsalma körpüsü rolunu oynayır VİDEO

İsmayıl Zeynalov: Təhlükəsizlik dayanıqlı şəhər inkişafının əsas şərtidir

Anar Quliyev: Azərbaycanın Qlobal Şəhər Gündəliyinə sadiqliyi uzunmüddətli və məzmunludur

BMT-nin daha böyük rol oynaya biləcəyi sahə institusional çərçivə və ümumi ekosistemdir

Şəfəq Mehrəliyeva: Qlobal təşəbbüslərin cəmiyyətə çatdırılmasında medianın peşəkarlığı xüsusi əhəmiyyət daşıyır

Pərvanə Vəliyeva: İnklüziv və əlçatan şəhərlər əsas prioritet olmalıdır

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram

WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yüksəksəviyyəli dialoqda iştirak edib

Anar Bağırov: Hər şəhərdə idman növləri inkişaf etdirilməlidir

“SERAC-Bangladesh”in direktoru: WUF13 Azərbaycanın qlobal şəhərsalma dialoquna sadiqliyini nümayiş etdirir - MÜSAHİBƏ

Rektor: Azərbaycanda innovasiya və əqli mülkiyyət sahəsində görülən işlər şəhər inkişafına töhfə verir

Vüqar Rəhimzadə: Şəhər və regionların dayanıqlı inkişafı əsas hədəflərdəndir

Hasan Suver: Mükəmməl təşkilatçılığa görə, Azərbaycanı təbrik edirik

Milli Məclisin deputatı: Şəhər mühiti hər kəs üçün əlçatan və bərabər olmalıdır

WUF13-də beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənən mənzil layihələri üzrə konkret təcrübələr təhlil edilib

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır

Kamil Əliyev: Azərbaycanda daha keyfiyyətli və müasir mənzillərə tələbat yüksəkdir

Vasil Mazitov: Dağlıq ərazilərin potensialı rəqəmsallaşdırılmalı və investisiya modelinə çevrilməlidir

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

Qarabağda postmünaqişə transformasiyası: yaşıl icma və qadın iştirakçılığı

İsmət Baxışov: Hazırda “Platera” adlı coğrafi süni intellekt əsaslı platforma üzərində iş aparılır

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb VİDEO

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb VİDEO

Anaklaudia Rossbax: İdman şəhərlərin planlaşdırılması və inkişaf siyasətinin ayrılmaz hissəsi olmalıdır

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək VİDEO

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək VİDEO

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Əbu-Dabidə III Beynəlxalq Sivilizasiyalararası Dialoq və Tolerantlıq Konfransı keçiriləcək

İsmayıl Seragəldin: Artıq mikroplastiklərin balıqlar vasitəsilə insan orqanizminə keçdiyini müşahidə edirik

Xulio Kordano: Şəhərlər plastik çirklənmə ilə mübarizədə əsas platformadır

Azərbaycan və Gürcüstan bilet satış sistemini tam inteqrasiya edərək kassa əməliyyatlarını qarşılıqlı izləyəcək

Anaklaudia Rossbax: Mobillik, infrastruktur və şəhər planlaşdırılması diqqətdə olmalıdır

Magistraturaya qəbul imtahan nəticələri açıqlanıb

Nigeriyalı mütəxəssis: Bakı müasir şəhərsalma sahəsində nümunə kimi öyrənilə bilər

WUF13-də şəhərlərin üzləşdiyi çağırışlar və həll yolları müzakirə olunub

Yelena Qalinovskaya: Dağ yaşayış məntəqələrinin inkişafı həm milli, həm də qlobal əhəmiyyət daşıyır

Rafael Tuts: WUF13-ə ev sahibliyi edən Azərbaycana qlobal əməkdaşlığa görə təşəkkürümü bildirirəm VİDEO

Rafael Tuts: WUF13-ə ev sahibliyi edən Azərbaycana qlobal əməkdaşlığa görə təşəkkürümü bildirirəm VİDEO

WUF13-də “Dayanıqlı şəhər inkişafı və medianın roluna dair” Bəyanat qəbul edilib

WUF13 çərçivəsində SDG-lərin lokalizasiyası: şəhərlər qlobal gündəmin birgə yaradıcısına çevrilir

WUF13-də ahıl insanların layiqli mənzil hüququ müzakirə olunub

Haris Piplas: Zəngilanda icra olunan bərpa işləri və “ağıllı kənd” layihələri ilə yaxından tanış oldum VİDEO

Haris Piplas: Zəngilanda icra olunan bərpa işləri və “ağıllı kənd” layihələri ilə yaxından tanış oldum VİDEO

Səbinə Hacıyeva: İçərişəhərdə tarixi atmosferin saxlanılması əsas prioritetlərdəndir

BMU məzununun “VooShii” startap layihəsi rəsmi patent alıb

Dəmiryol nəqliyyatı vasitəsilə sərnişinlərin Azərbaycan Respublikasına giriş-çıxışı ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

WUF13 çərçivəsində “Bakı Şəhərsalma Mükafatı” təsis edilib VİDEO

WUF13 çərçivəsində “Bakı Şəhərsalma Mükafatı” təsis edilib VİDEO

Nigar Arpadarai: Şəhər inkişafında media obyektiv və sürətli informasiya mübadiləsində mühüm rol oynayır

BMT rəsmisi: Ümid edirik ki, Azərbaycanla əməkdaşlıq sayəsində karbon emmissiyasının azaldılmasına nail olacağıq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səbinə Hacıyeva: Tarixi irsin mühafizəsi ilə müasir inkişafın ahəngdar şəkildə uzlaşdırılması vacibdir

WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli evlərin qurulması ilə bağlı müzakirələr aparılır

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Panamalı nazir: Ən vacib məsələmiz sosial infrastrukturun təmin edilməsidir

İnti Munoz: Hazırda məqsəd regenerasiya prosesini mümkün olan ən yüksək səviyyədə həyata keçirməkdir

Kembric Universitetinin azərbaycanlı doktorantı: WUF13 müxtəlif sektorları bir araya gətirmək baxımından çox önəmlidir

Rusiya-Azərbaycan sərhədində ticarət dövriyyəsi 14 faiz artıb

Kanada rəsmisi: Dövlət dəstəyi ilə həyata keçirilən əlçatan mənzil layihələrinin tikintisi böyük əhəmiyyət daşıyır

BMT nümayəndəsi: Biz borclanmanın səviyyəsini azalda bilərik

UN-Habitat: “Bakı Şəhərsalma Mükafatı” qlobal təcrübələrin paylaşılmasına və əməkdaşlığa töhfə verəcək VİDEO

UN-Habitat: “Bakı Şəhərsalma Mükafatı” qlobal təcrübələrin paylaşılmasına və əməkdaşlığa töhfə verəcək VİDEO

ADSEA rəsmisi: Şəhərlərdə yağış və tullantı sularının idarə olunması bu gün əsas problemlərdən biridir

Nigeriyada İŞİD-in 175 silahlısı öldürülüb

WUF13 çərçivəsində UNITAR ilə Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb

Qönçə Məmmədova və onun şagirdlərinin “Rənglərin dialoqu” adlı sərgisi açılıb

İnti Munoz: Meksika dünyanın ən böyük və ən zəngin tarixi məhəllələrindən birinə sahibdir

Səudiyyə Ərəbistanının nümayəndəsi: Görülən tədbirlər nəticəsində əhali arasında fiziki aktivlik 13 faizdən 59 faizə yüksəlib

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apelyasiya Məhkəməsinin müraciətinə baxılıb

Liviya nümayəndəsi: Bakı forumu şəhərlərin dayanıqlı inkişafında beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir

BMT nümayəndəsi: Dünyada kifayət qədər pul var, əsas problem bu vəsaitlərə aparan yolların olmamasıdır

Nigar Arpadarai: Plastik çirklənmə israfçı inkişaf modelinin ən görünən əlamətlərindən biridir VİDEO

Nigar Arpadarai: Plastik çirklənmə israfçı inkişaf modelinin ən görünən əlamətlərindən biridir VİDEO

Mərakeşin Dövlət katibi: Tarixi binaların ruhu və şəhərin mədəni yaddaşı mütləq saxlanılmalıdır

Şəhərlərin dayanıqlı inkişafı üçün məlumat əsaslı yanaşmalar müzakirə olunur

BMT rəsmisi: UN-Habitat mükafatları qlobal şəhərsalma əməkdaşlığını və innovativ həlləri gücləndirir VİDEO

BMT rəsmisi: UN-Habitat mükafatları qlobal şəhərsalma əməkdaşlığını və innovativ həlləri gücləndirir VİDEO

Ədib Benbrahim: Binaların yenilənməsi zamanı ən uyğun həll yollarından istifadə olunmalıdır

Ekspert: WUF13 təhsil sahəsində yeni əməkdaşlıqlar üçün imkan yaradacaq

Azərbaycanı Avropa çempionatında 12 qadın şahmatçı təmsil edəcək

Özünüməşğulluq proqramı üzrə daha 120 müharibə veteranı üçün kiçik bizneslər qurulub

BMT rəsmisi: Tikintilərdə bəzən keyfiyyətli və uzunömürlü materiallara üstünlük verilmir VİDEO

BMT rəsmisi: Tikintilərdə bəzən keyfiyyətli və uzunömürlü materiallara üstünlük verilmir VİDEO

MOK rəsmisi: Şəhər planlaşdırması zamanı idman mütəxəssislərinin də rəyi öyrənilməlidir

Pepeyn van Lun: İctimai məkanların və yaşıl zonaların inkişafı müasir meqapolislər üçün əsas amillərdir VİDEO

Pepeyn van Lun: İctimai məkanların və yaşıl zonaların inkişafı müasir meqapolislər üçün əsas amillərdir VİDEO

Vyanada Mir Cəlalın əsərlərinə həsr olunmuş ədəbi-musiqili gecə təşkil edilib

Məktəb kitabxanaları və informasiya savadlılığı- elmi seminar

Bakıda Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri keçirilib