REGİONLAR


Qəbələ IV Beynəlxalq Mürəbbə Festivalında 29 rayondan və 10 xarici ölkədən komandalar iştirak edəcək VİDEO

A+ A

Qəbələ, 19 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə avqustun 27-də Qəbələ rayonunda IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçiriləcək festivala hazırlıq işləri uğurla davam etdirilir. Festivalın proqramı hazırlanıb, Azərbaycanın bölgələrindən və xarici ölkələrdən qonaqların dəvət edilməsi üçün məktublar göndərilib.

Otelin icraçı direktoru Süleyman Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, festivalla bağlı xüsusi plakatlar, nişanlar, suvenirlər sifariş olunub. Hazırda festivalın keçiriləcəyi oteldə və onun ərazisindəki parkda səliqə-sahman işləri görülür. Festival iştirakçılarının və qonaqların yüksək səviyyədə qarşılanaraq oteldə yerləşdirilməsi və yeməklə təmin olunması nəzərdə tutulur.

Süleyman Məmmədov qeyd edib ki, festivalın sərgi masalarında Azərbaycanın 29 şəhər və rayonundan, eləcə də 10 xarici ölkədən gələn komandalar müxtəlif çeşiddə hazırladıqları mürəbbələri nümayiş etdirəcəklər. Festivalda münsiflər heyəti üzvlərinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.