İDMAN


“Qəbələ”-“Lill” oyununu rusiyalı hakimlər briqadası idarə edəcək

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə “Lill” (Fransa) komandaları arasında keçiriləcək cavab oyununu rusiyalı hakimlər briqadası idarə edəcək.

AZƏRTAC xəbər verir ki, avqustun 4-də oynanılacaq görüşün baş hakimi Aleksey Yeskovdur. Ona yan xətt hakimləri Dmitri Mosyaqin və İqor Demeşko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vladimir Moskalev yerinə yetirəcək.

Matç saat 21:00-da “8-ci kilometr” qəsəbə stadionunda başlayacaq.

İyulun 28-də Lill şəhərində komandalar arasında keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.