İDMAN


“Qəbələ”-“Maynts” oyununun biletləri satışda

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC 

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Maynts” (Almaniya) oyununun biletləri satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından almaq mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5 manat, VİP sektorlar üçün isə 10 manat təşkil edir.

Qeyd edək ki, sentyabrın 29-da “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Maynts” matçı saat 19:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.