İDMAN


“Qəbələ”–“Sent-Etyen” matçının biletləri satışda

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qəbələ”–“Sent-Etyen” (Fransa) oyununun biletləri satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək “Qəbələ”–“Sent-Etyen” matçı saat 22:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.