İDMAN
“Qəbələ”–“Sent-Etyen” oyununu ispaniyalı hakimlər briqadası idarə edəcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun hakimləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakıda Fransa təmsilçisi “Sent-Etyen”i qəbul edəcək “Qəbələ”nin matçı ispaniyalı hakimlər briqadasına tapşırılıb.
Oyunu Karlos Del Serro Qrande idarə edəcək. Onun köməkçiləri Xuan Karlos Yuste Ximenez və Roberto Alonso Fernandez olacaq.
Görüşün əlavə köməkçi hakimləri kimi Xuan Martinez Munuera və İnaki Visandi Qarrido meydana çıxacaq. Dördüncü hakim funksiyasını Abraham Alvarez Kanton yerinə yetirəcək.
Hakimlərin işinə türkiyəli Muharrem Zihni Aksoy qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropoulos olacaq.