İDMAN


“Qəbələ” UEFA Avropa Liqasında ilk iki oyunda Teo Uiksdən istifadə edə bilməyəcək

Bakı, 31 avqust, AZƏRTAC 

“Qəbələ” futbol komandası UEFA Avropa Liqasının qrup mərhələsinin matçlarından əvvəl ciddi itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Teo Uiks pley-off mərhələsində “Maribor” ilə cavab oyununda aldığı qırmızı vərəqə ilə əlaqədar UEFA tərəfindən cəzalandırılıb.

Yarımmüdafiəçi qarşılaşmanın 69-cu dəqiqəsində qırmızı vərəqə almışdı. Həmin vəziyyəti müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun iki oyunluq diskvalifikasiya edilməsini məqsədəuyğun sayıb. Bununla da T.Uiks qrup mərhələsinin ilk iki turunu buraxmalı olacaq. Belə ki, o, sentyabrın 15-də “Anderlext” ilə səfər, həmin ayın 29-da isə “Mayns” ilə ev oyunlarında forma geyə bilməyəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.