MƏDƏNİYYƏT
Qəbələ VII Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Rusiya və İsrail musiqiçilərinin konserti olub VİDEO
Qəbələ, 27 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, Rusiya və İsrail musiqiçilərinin konserti olub.
AZƏRTAC xəbər verir ki, kamera zalında Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli (piano), tanınmış musiqiçilər Nərgiz Kəngərli (piano), Elvin Nəcəfov (viola), rusiyalı Yevgeniya Antonova (piano), Anastasiya Zivotovskaya (piano), Ülviyyə Hacıbəyova (piano) və israilli Janna Qandelmanın (violin) iştirakı ilə keçən konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə Ü.Hacıbəylinin, Niyazinin, Q.Qarayevin, A.Məlikovun, F.Bədəlbəylinin, P.Hindemitin, E.Qrieqin, M.Ravelin və digər bəstəkarların klassik əsərləri musiqisevərlərin zövqünü oxşayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]