İDMAN


“Qəbələ”-“Yagelloniya” oyununun biletləri satışa çıxarılıb

Bakı, 10 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ”-“Yagelloniya” (Polşa) oyununun biletləri satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1-2, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 13-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ”-“Yagelloniya” matçı saat 21:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.