İDMAN


“Qəbələ” “Zirə”yə qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib

A+ A

Bakı, 25 sentyabr, Elşad Qəzvini, AZƏRTAC

Azərbaycan Premyer Liqasında altınci turun növbəti matçı keçirilib.

AZƏRTAC xəbər verir ki, ikinci günün son görüşü Bakıda oynanılıb. “Zirə” komandası “Qəbələ”ni qəbul edib.

Səkkiz oyundur qapısında qol görməyən Roman Qriqorçukun yetirmələri ardıcıl dördüncü qələbəsini qazanaraq çempionatın şəriksiz lideri olub.

Ardıcıl üç turdur xal qazana bilməyən Adil Şükürovun komandası isə evdə “Qəbələ”yə məğlub olmaqla liderlərdən aralaşıb.

Teo Uiks oyunun 19 və 76-cı dəqiqələrdə dubl edərək komandasını turnir cədvəlinin zirvəsinə yüksəldib – 2:0.

“Qəbələ” bu görüşdə top buraxmamaq seriyasına görə Azərbaycan çempionatında yeni rekord müəyyənləşdirib.

Beləliklə, qalibiyyət sayəsində aktivindəki xallarını 15-ə çatdıran “Qəbələ” birinci pillədə qərarlaşıb. “Zirə” isə 6 xalla altıncı sırasını dəyişməyib.

Tura sentyabrın 27-də keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.